Missiyamız

Missiyamız

“Diaqnoz Tibb Mərkəzi” MMC-nin qurulmasında əsas məqsəd klinikamızda dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə ambulator və stasionar tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz – əhaliyə  göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.

Biz yalnız ənənəvi müalicə üsullarından istifadə edirik. Bununla yanaşı tibbi praktikamızda Xalq təbabətinin bəzi elementləridən – zəli ilə müalicə, dərman bitkiləri ilə müalicə, bankaqoyma, Çin təbabətindən İynəbatırma və s. kimi üsullardan da, istifadə edirik. Klinikamızda mənşəyi şübhə doğuran heç bir müalicə və müayinə üsullarından, o cümlədən müxtəlif bahalı qida əlavələrindən istifadə edilməsi qəti qadağan olunmuşdur.

Əsas şüarımız: “Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı” ,

Əsas məqsədimiz: “Hər bir kəsin doğma klinikası olmaq”!!!

Əsas sərvətimiz: Yüksək ixtisaslı həkimlərimiz, peşəkar tibb bacılarımız və zəhmətkeş kiçik tibb işçilərimizdir. 

Telefon
WhatsApp
İnstagram
Telegram