Ginekologiya

images

Ginekologiya

Mərkəzimizin  ginekologiya şöbəsi klinikamızın yarandığı ilk gündən fəaliyyət göstərir. Şöbədə bütün növ ginekoloji xəstəliklərin beynəlxalq protokollara uyğun müayinəsi, diaqnostikası və müalicəsi, ginekoloji əməliyyatlar - o cümlədən laparoskopik, histeroskopik, plastik əməliyyatlar icra olunur,  uşaqlıq boynu və süd vəzi xəstəliklərinin erkən aşkarlanması yönündə müxtəlif aksiya və tədbirlər həyata keçirilir

 

 Məqsədimiz ginekoloji xəstəliklərin vaxtında aşkarlanması, tam aradan qaldırılması, qadının reproduktiv sağlamlığının qorunması və nəticə olaraq sağlam nəslin yetişməsidir

 

   Bu məqsədə çatmaq üçün şərait yaradan amillərdən aşağıdakıları qeyd etmək olar:

- Həkimlərimizin yüksək kvalifikasiya və peşəkarlığı, müntəzəm olaraq xarici ölkələrin tanınmış klinikalarında iş təcrübələrinin keçirilməsi, xarici mütəxəssislərlə həm əyani, həm də online sıx əlaqə və fikir mübadiləsinin aparılması 

 

- Davamlı tibbi təhsil proqramı çərçivəsində təşkil olunmuş konfranslarda, dəyirmi masa, beynəlxalq konqreslərdə, master-klasslarda, təkmilləşmə kurslarında aktiv iştirak və sertifikasiya imtahanlarından vaxtlı vaxtında keçmək

 

- Müasir avadanlıqla təhcizat. Bura aiddir beynəlxalq standartlara cavab verən tam avtomatlaşdırılmış laboratoriya, rəngli doppler və 4-D sistemi ilə təchiz olunmuş son model USM cihazları, rəqəmsal Rentgen və Mammografiya, ən müasir KT, MRT cihazları, histeroskop və kolposkop, cərrahiyyə blokunun avtomatlaşdırılması, ən kiçik əməliyyatların  belə ciddi monitorinq altında icra olunması

 

- İşin minimum müdaxilə,  maksimum informasiya, maksimum effekt prinsipinə əsasən qurulması, sağlamlığın qorunmasında profilaktikanın önəmini nəzərə alaraq, sanitar maarifləndirmə işininin hər pasiyent ilə daimi həyata keçirilməsi 

 

- Hər pasiyentə fərdi yanaşma, konfidensiallığa riayyət

Telefon
WhatsApp
İnstagram
Telegram