Laboratoriya

images

Laboratoriya

Laborator müayinələrin nəticəsi əsasında gizli gedişə malik xəstəliklərin, aşkarlanması, hər hansı patoloji prosesin olub-olmaması, xəstəliklərin müxtəlif inkişaf və sağalma mərhələlərini kontrol etmək mümkündür.

Diaqnoz Tibb Mərkəzinin Laboratoriyasında beynəlxalq standartlara cavab verən son model tam avtomatlaşdırılmış robot analizatorları ilə təchiz olunmuşdur.

Laboratoriya şöbəsi klinik, biokimyəvi, seroloji, immuno-molekulyar diaqnostik, mikrobioloji və s.  şöbələr üzrə ixtisaslaşmışdır. Laboratoriyada aparılan hər bir müayinənin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.Laboratoriya şöbəsi Yaponiya, ABŞ, Almaniya, Avstriya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur.

Klinikamızın həkim və laborantları müasir avadanlıqlarla iş üzrə təlim və attestasiyadan keçmişdir. Analizlərin nəticələrini elektron ünvan vasitəsilə yaxud da saytda (https://www.diaqnoz.az ) qeydiyyatdan keçməklə əldə edə etmək mümkündür.

Telefon
WhatsApp
İnstagram
Telegram